Yalnız Dubayda – FOTO
Gördüyünüz fotolar heç bir proqram və ya kompüter qrafikasına məruz qalmayaraq Dubayda çəkilib.
Buradakı görüntülər inanılmazdır.
Dubaydan görüntü yuxarıdan...
Və aşağıdan!
Dubaydakı bir çox şeylər gündəlik gördüyümüzdən daha fərqlidir. Misal üçün, maşınlar.
Və ya adi halda öyrəşdiyimiz tıxaclar daha maraqlıdır.
Tıxacda dayanmaqdan yorulanlar isə maşınını bax beləcə getmək istədiyi yerə apara bilər.
Dubay polisi yalnız və yalnız Bentley, Ferrari və Lamborghini sürür.
Yeraltı keçidlərdən daha çox gördüyümüz avtomatlardan su, şokolad deyil, qızıl külçə də ala bilərsiniz.
Burada qızıl çox hörmətli metaldır.
Zooparkımızda belə görmədiyimiz hepard Dubayda ev heyvanı olaraq saxlanılır.
Eləcə də pələng.
Duabyda avtomobil dayanacağında dəvə də parklamaq olar.
Dubay sakinləri milyonlarlar sahibi olmalarına baxmayaraq, ərzaq almağa pulu çatmayanları da düşünürlər.
Pulu çox olanlar üçün isə miyonları xərcləmək minlərlə üsul var. Misal üçün, Dubayda dəyəri 1000 ABŞ dolları olan yeməli qızıl çərəz sifariş etmək olar.
Şüşədən divarları olan oteldə qalmaq mümkündür.
Göyün “yeddinci qatında” böyük tennis oynamaq.
Və ya küçədə müsbət 50 dərəcə isti olanda ticarət mərkəzində xizək sürmək olar.
Sədaqətli at almaq olar.
Ümumiyyətlə, Dubayda yaşıyırsansa, həyatın dadını çıxarmaq olar.
S.Xankişiyeva