Ermənistan prezidenti Moskvaya səfər edəcək | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezidenti Moskvaya səfər edəcək

09:35 - 01 / 03 / 2017
Ermənistan prezidenti Moskvaya səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək.

1news.az-ın İzvestiya-ya istinadla verdiyi xəbərə görə, səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.   

Danışıqların yekunlarına dair bir neçə investisiya sazişlərinin imzalanması gözlənilir.  

Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.  

1news.az

Paylaş:
3946

Son xəbərlər

Bütün xəbərlər