“iPhone 6” smartfonlarının istehsalı bərpa edilib
“Apple” şirkəti qızıl korpuslu “iPhone 6” smartfonlarının istehsalını bərpa edib.
1news.az ICTnews-a istinadən xəbər verir ki, istehsalı “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin buraxılışından sonra dayandırılan qurğu inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub və bir neçə Asiya ölkəsində satışa çıxarılacaq.
Bərpa olunan “iPhone 6” smartfonunun 32 giqabayt yaddaşla təchiz edilməsi maraq doğurur, halbuki əvvəllər 16, 64 və 128 giqabaytlıq yaddaşa malik olub.
Müşahidəçilərin fikrincə, hazırkı “iPhone 6”bazarda çoxluq təşkil edən ucuz “Android” smartfonları ilə rəqabət aparacaq.
Məlumata görə, qızıl korpuslu 32 giqabaytlıq “iPhone 6” martın 10-dan etibarən Tayvanda satışa çıxarılacaq. Smartfondan operatorla aylıq 1399 Tayvan dolları məbləğində müqavilə imzaladıqdan sonra istifadə mümkün olacaq.
İlkin mərhələdə “Apple” Tayvana 30-40 min qızıl “iPhone 6” göndərməyi planlaşdırır. Aparatların satışı ilə yerli operatorların məşğul olacağı bildirilir. Digər ölkələrə tədarük həcmi barədə məlumat verilmir.
1news.az