Binəli Yıldırım Almaniyada toplantı keçirmək üçün Merkelə zəng vurdu
Türkiyənin baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
1news.az “Report”a istinadən xəbər verir ki, hökumət başçıları Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin Almaniyada keçiriləcək toplantılara qatılmasına icazə verilməməsini müzakirə ediblər.
Binəli Yıldırım jurnalistlərə bildirib ki, dialoq çox faydalı keçib:
“Danışığımız nəzərdə tutulduğundan uzun sürdü. Mövcud anlaşılmazılığı nazirlərimiz görüşərək aradan qaldıracaq”.
Qeyd edək ki, referendumla bağlı keçirilən təbliğat kampaniyasında iştirak etmək üçün onların Almaniyaya buraxılmasına icazə verilməyib.
Aprelin 16-da Türkiyədə konstitusiyaya əlavə və dəyişikliyə dair referendum keçiriləcək.
1news.az