Putin Netanyahu və Ərdoğanla danışıqlara başlayır | 1news.az | Xəbərlər
Dünya

Putin Netanyahu və Ərdoğanla danışıqlara başlayır

20:38 - 05 / 03 / 2017
Putin Netanyahu və Ərdoğanla danışıqlara başlayır

Rusiyanın prezidenti Vladimir Putin 9 martda Moskvada İsrailin baş naziri Benyamin Netanyahu, 10 martda isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Xatırladaq ki, bu həftə Türkiyənin XİN rəhbəri bildirib ki, dövlət başçısı Ərdoğan 10 mart tarixində Rusiya Federasiyasına səfəri çərçivəsində Suriya məsələsini də müzakirə etməyi planlaşdırır.

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər