97 yaşlı əkizlər eyni gündə öldülər | 1news.az | Xəbərlər
Dünya

97 yaşlı əkizlər eyni gündə öldülər

20:30 - 07 / 03 / 2017
97 yaşlı əkizlər eyni gündə öldülər

ABŞ-da 97 yaşlı əkizlər eyni gündə faciəvi şəkildə ölüblər.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

97 yaşlı əkiz bacılar Ceyn Heyli və Marta Uilyams Rod-Aylend ştatında onlardan bir qədər aralıda yaşayan üçüncü bacıları ilə şam yeməyinə gediblər. Şam yeməyindən sonra qadın onlardan Heylinin evi qarşısında vidalaşaraq ayrılıb.

Polisin məlumatına görə, Marta öz avtomobilinə tərəf gedərkən yıxılıb, Heyli ona yardım etmək istəyərkən büdrəyib. Hər iki yaşlı qadın küçədə soyuq havada yerdə yıxılmış vəziyyətdə qalıblar. Onları səhər qonşuları aşkar edib.

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər