Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb | 1news.az | Xəbərlər
Dünya

Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb

13:27 - 08 / 03 / 2017
Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb

Suriyada muzeydən oğurlanaraq qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən qədim kitabı satmaq cəhdinin qarşısı alınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, Bursa Jandarm komandanlığının əməkdaşları Suriyada muzeydən oğurlanan, ceyran dərisi üzərində qızıl işləməli, içində Məryəm Ana və İsa Peyğəmbərin şəkillərinin əks olunduğu 17 səhifəlik tarixi kitabı satış məqsədilə Bursaya gətirən 6 nəfəri saxlayıb.

Dəyəri 1,5 milyon dollar olan eksponat Bursa Muzeyinə təhvil veriləcək.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər