Yarımfinal həyəcanı başlayır: Gözlər Madrid derbisində | 1news.az | Xəbərlər
Futbol

Yarımfinal həyəcanı başlayır: Gözlər Madrid derbisində

17:46 - 02 / 05 / 2017
Yarımfinal həyəcanı başlayır: Gözlər Madrid derbisində

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək.

1news.az-ın məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi - Çempionlar Liqasının son qalibi “Real”la  turnirin son finalçısı “Atletiko” üz-üzə gələcək.

Xatırladaq ki, bu komandalar ötən mövsüm finalda qarşılaşmışdılar. Əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında sevinən tərəf “Real” olmuşdu.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Babək Cahandarov

Paylaş:
930

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər