Natiq Əliyev Hyustonda Dənizdə Texnologiyalar konfransında iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev Hyustonda Dənizdə Texnologiyalar konfransında iştirak edib

09:17 - 03 / 05 / 2017
Natiq Əliyev Hyustonda Dənizdə Texnologiyalar konfransında iştirak edib

Energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Hyustonda Dənizdə Texnologiyalar konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib.

1news.az-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, konfransda səfir Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, eləcə də bir sıra yerli şirkətlərin nümayəndələri də qatılıblar.

Konfrans çərçivəsində nazir Natiq Əliyev Azərbaycan-ABŞ enerji forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edərək, ölkəmizin enerji potensialı, bu sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhun neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri barədə ətraflı məlumat verib.

Nazir həmçinin, hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayıb. Eləcə də o, bu layihənin uğurla başa çatdırılmasında ABŞ dəstəyinin vacibliyini qeyd edib.

Eyni zamanda Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanları haqda bəhs edib.

  Bundan başqa N. Əliyev çıxışında neft-qaz sənayesində və yataqların işlənilməsində ölkəmizdə tətbiq edilən müasir texnologiyalardan danışıb, bu xüsusda regionumuzda həyata keçirilən mürəkkəb layihələrin icrasında  daha yeni texnologiyaların mənimsənilməsi üçün bu kimi sərgilərin təşkili və iştirakın faydasını söyləyib.

Səfər zamanı N. Əliyevin həmçinin, ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə OTC sərgisində iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərləri ilə görüşləri keçirib.

Qeyd edək ki, OTC sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndə heyəti, 100000-çox isə ziyarətçı iştirak edib.

Pərvanə Sultanova

Paylaş:
975

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər