“Neft Daşları” yatağındakı özüldə yenidənqurma işləri görülüb
“Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.
SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.
Əlavə qazılacaq yeni 4 quyudan sutkada ümumilikdə 120 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
1news.az
1137