Messinin cəzası ləğv olundu | 1news.az | Xəbərlər
Futbol

Messinin cəzası ləğv olundu

20:48 - 05 / 05 / 2017
Messinin cəzası ləğv olundu

Argentina millisinin kapitanı Lionel Messiyə verilən cəza ləğv edilib.

1news.az apasport.az-a istinadən xəbər verir ki, bu haqda FİFA rəsmi saytı vasitəsilə xəbər verib.

Ali futbol qurumu ulduz futbolçunun martın 23-də Çiliyə qarşı keçirilən DÇ-2018-in seçmə mərhələ matçından sonra yan xətt hakimini təhqir etdiyini əsas gətirərək, onu 4 oyunluq diskvalifikasiya etmişdi. Argentina Futbol Federasiyası və futbolçu özü buna rəsmi şəkildə etiraz etmişdi.

Bu gün oyunçunun vəkili FİFA-nın mənzil qərargahında müdafiə verib. Leo özü də canlı bağlantı quraraq, müzakirələrdə iştirak edib. Bundan sonra FİFA Messinin cəzasının ləğvinə qərar verib. Bu isə o deməkdi ki, cəza ucbatından artıq 1 oyunu buraxan 30 yaşlı superulduz Argentina millisinin seçmə mərhələnin son 4 görüşündə meydana çıxa biləcək.

Qeyd edək ki, 14 turdan sonra aktivində 22 xalı olan Argentina yığması turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
1100

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər