IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq | 1news.az | Xəbərlər
İdman

IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq

20:03 - 06 / 05 / 2017
IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da mötəbər yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb.

Əməliyyat Komitəsindən   1news.az -a bildiriblər ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq.

 Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

“Bakı-2017”, həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.

“Radio Televizionit Shqiptar” (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.

Bu müqavilələr çərçivəsində yayım hüququna malik bütün şirkətlər mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımını, Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı, futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı və Oyunlara dair iki saatlıq icmal proqramı nümayiş etdirə biləcəklər.

Müqavilələr bundan əvvəl Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində “Bakı-2017”ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.

Yayım hüququna dair müqavilələr barədə danışan “Bakı-2017”nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: “Biz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə dörd qitəni əhatə edən 58 ölkədə 1,3 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. IV İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək.

1news.az

 

 

 

Paylaş:
677

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər