İslam Həmrəyliyi Oyunlarında iştirak edən komandalar Bakıya gəlirlər | 1news.az | Xəbərlər
İdman

İslam Həmrəyliyi Oyunlarında iştirak edən komandalar Bakıya gəlirlər

19:05 - 07 / 05 / 2017
İslam Həmrəyliyi Oyunlarında iştirak edən komandalar Bakıya gəlirlər

Mayın 12-də təntənəli açılış mərasimi ilə start veriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 8-də və 9-da başlayacaq futbol və həndbol yarışlarında iştirak edəcək atletlər Azərbaycana gəlirlər.

1news.az  “Bakı-2017”nin rəsmi saytına istinadla xəbər verir ki, futbol yarışının ilk günündə “B” qrupunda yer alan Səudiyyə Ərəbistanı yığması “Azal Arena”da Mərakeş millisi ilə qarşılaşacaq. Azərbaycan milli komandası isə Kamerun yığması ilə üz-üzə gələcək.

Atletlər Kəndində Mərakeş, Kamerun, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin bayraqlarının dalğalanması Oyunların artıq başlamaq üzrə olduğunu göstərir.

On səkkiz ölkənin ilk nümayəndə heyətləri 57 ölkənin 3,5 min idmançısının məskunlaşdığı kompleksdə məskunlaşıb və bəzi komandalar parkda təlim keçir.

İki il əvvəl birinci Avropa Oyunları üçün tikilmiş Atletlər Kəndində təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Bundan əlavə, idmanın 20 növü üçün 16 görüş yerindən istifadə edilməsi nəzərdə tutulur.

Doğma vətənlərindən uzaqda olan idmançıların istirahətinin səmərəli təşkili üçün əyləncə tədbirləri də təşkil edilir. Canlı musiqi üçün böyük səhnə quraşdırılıb. İdmançılar iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar quraşdırılan simulyatordan da istifadə edə bilərlər.

“Hər kəs mehribandır. Qidaya asanlıqla öyrəşirik. Biz burada ən azı bir medal qazanmaq niyyətindəyik. Burada adrenalin çox yüksəkdir”, - deyə Kamerun milli futbol komandasının mətbuat katibi Filip Boney bildirib.

Oyunlarda Azərbaycan 335 idmançıdan ibarət komanda ilə mübarizə aparacaq. Komandamız idmançıların sayına görə yalnız Türkiyədən geridə qalır.

1news.az 

 

 

 

 

 

Paylaş:
610

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər