OPEC razılaşmasının uzadılmasına dair intensiv danışıqlar aparılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

OPEC razılaşmasının uzadılmasına dair intensiv danışıqlar aparılır

10:24 - 08 / 05 / 2017
OPEC razılaşmasının uzadılmasına dair intensiv danışıqlar aparılır

Bruney neft hasilatının azaldılması üzrə OPEC  razılaşmasının müddətini uzatmağa hazırdır.

1news.az TASS-a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika,  sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih sultanlığın energetika naziri Mohammad Yasmi bin Umrala görüşün yekunları barədə danışarkən deyib.

O bildirib ki, bruneyli nazir qlobal bazarda sabitliyi təmin etmək üçün neft hasilatını azaltmağa dair saziş uzatmağa ölkəsinin hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Əl Falih neft hasilatının azaldılmasına dair  Vyana müqaviləsinin müddətinin uzadılması üzrə bütün tərəflərlə intensiv məsləhətləşmələrə başlayıb. Bundan əvvəl onun Azərbaycan və  Qazaxıstanda olub, yaxın gələcəkdə isə Rusiyanın enerji naziri Aleksandr Novakla görüşəcəyi gözlənilir.

Müqavilənin uzadılmasına dair rəsmi danışıqlar mayın 25-də Vyanada keçiriləcək.

Ondan əvvəl isə mayın 23-də ekspertlər səviyyəsində monitorinq üzrə texniki komitənin və  mayın 24-də  neft hasilatının monitorinqi üzrə nazirlər komitəsinin iclası olacaq.

Pərvanə Sultanova

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər