Ermənistan ordusunda növbəti güllələnmə | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan ordusunda növbəti güllələnmə

14:21 - 10 / 05 / 2017
Ermənistan ordusunda növbəti güllələnmə

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hərbi qulluqçu güllələnib.

1news.az  "news.am" saytına istinadən xəbər verir ki, hadisə mayın 10-da səhər saat 08:40-da baş verib.

Hərbi qulluqçu, kiçik serjant Qagik Aruşeviç Mesropyan güllə yarası alıb və qospitala aparılarkən yolda ölüb.

Q. Mesropyanın əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində güllə yarası aldığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Pərvanə Sultanova

Paylaş:
968

Son xəbərlər

Bütün xəbərlər