Lavrovun FTB rəhbərinin işdən çıxarılmasına reaksiyası | 1news.az | Xəbərlər
Dünya

Lavrovun FTB rəhbərinin işdən çıxarılmasına reaksiyası

17:32 - 10 / 05 / 2017
Lavrovun  FTB rəhbərinin işdən çıxarılmasına reaksiyası

Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad etməsi və bunun Moskva-Vaşinqton danışıqlarına təsirinə münasibət bildirib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, amerikalı jurnalistlərin sualına cavabda Lavrov buna təəccübləndiyini deyib:

“Onu işdən çıxarıblar? Siz zarafat edirsiniz?”.

Qeyd edək ki, Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla Lavrov arasında görüş başlayıb.

Pərvanə Sultanova

 

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər