Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

17:52 - 10 / 05 / 2017
Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Azercell Telekom MMC daha bir yeniliyə imza atır. 

Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq onlayn rejimdə keçiriləcək. Kursların onlayn rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Kurslara qatılmaq üçün media nümayəndələri [email protected] ünvanına istək ərizələrini göndərməlidir. Ərizələr 10-13 may tarixləri arası qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə Azercell şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək. Kursların məqsədi azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, bü günə kimi 7 il ərzində 200-dən çox KİV nümayəndəsi Azercell-in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilib.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib.  Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı - Mediacell tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Reklam hüququnda

Paylaş:
924

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər