Bakı və Sumqayıt sakinlərinin avtomobilləri toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Sumqayıt sakinlərinin avtomobilləri toqquşub: ölən var

13:33 - 11 / 05 / 2017
Bakı və Sumqayıt sakinlərinin avtomobilləri toqquşub: ölən var

Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, mayın 10-da saat 4 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Fərid Müseyibov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini Mətləb Mehdiyevin idarə etdiyi “Hovo” markalı yük avtomobilinə vurub və nəticədə F.Müseyibov hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər