Mənzildə yaşlı qadının cəsədi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənzildə yaşlı qadının cəsədi aşkar edilib

15:18 - 14 / 05 / 2017
Mənzildə yaşlı qadının cəsədi aşkar edilib

Bu gün səhər saatlarında Bakıda mənzillərdən birində yaşlı qadının cəsədi aşkar edilib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1936-cı il təvəllüdlü Qruliyeva Mina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:33-də başa çatıb.

1news.az

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər