"Bakı2017": Elxan Məmmədov çempion oldu | 1news.az | Xəbərlər
İdman

"Bakı2017": Elxan Məmmədov çempion oldu

19:03 - 14 / 05 / 2017
"Bakı2017": Elxan Məmmədov çempion oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəkidə qalib cüdoçular müəyyənləşib.

 1news.az xəbər verir ki,  100 kiloqram çəki dərəcəsində kişilərin yarışının finalında Azərbaycanın iki titullu cüdoçusu - Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov ilə dünya və Avropa çempionu Elxan Məmmədov üz-üzə gəliblər.

 Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin çempionu olub.

Elxan Məmmədov 2010-cu ildə Yaponiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. O, 2004-cü, 2009-cu, 2010-cu illərdə üç dəfə Avropa çempionatının üçüncüsü olub.

2008-ci ildə Portuqaliyada təşkil olunan qitə çempionatında gümüş medala layiq görülüb. Bundan əlavə, "World Master" və digər yarışlarda da mükafatçılar sırasında yer alıb, dünya və Avropa çempionatlarının qızıl medallarını qazanıb.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər