İsrail səfiri: "Hər birimiz qəlbimizin dərinliyində erməni xalqını başa düşürük”
İsrail nazirlərindən biri iyul ayında Ermənistana səfər edəcək. Bu səfər iki ölkənin münasibətləri xüsusi əhəmiyyət daşıyır.
1news.az Sputnik-ə istinadla xəbər verir ki, bunu Ermənistanın İsraildəki səfiri Eliyahu Yeruşalmi deyib.
O bildirib ki, bu həftə mədəniyyət sahəsində və Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə dair sazişlərin imzalanmaya hazırlanması üçün İrəvana gələcək.
Onun sözlərinə görə, iki ölkənin yaxınlaşmasında birinci addım 17 mayda İrəvan-Təl-Əviv reysinin açılmasıdır. Ermənistanın "Armenia" aviaşirkəti həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Səfir bununla Ermənistandan İsrailə gələn turistlərin sayını artıracağına əminliyini ifadə edib.
“Bizim faciələrimiz oxşardır, ermənilər əsrlərdir İsraildə yaşayır. Burada onlar özlərini başqa ölkələrdəkindən daha yaxşı hiss edirlər. Biz hər birimiz qəlbimizin dərinliyində erməni xalqını başa düşürük”, İsrail səfiri əlavə edib.
Pərvanə Sultanova