Binəli Yıldırım: Türkiyə Azərbaycanın hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən böyük iftixar hissi keçirir | 1news.az | Xəbərlər
Rəsmi

Binəli Yıldırım: Türkiyə Azərbaycanın hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən böyük iftixar hissi keçirir

19:06 - 24 / 05 / 2017
Binəli Yıldırım: Türkiyə Azərbaycanın hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən böyük iftixar hissi keçirir

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram.

Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək. Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.

S.Xankişiyeva

Paylaş:
824

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər