MBNP: Bank sektoru mənfəətliliyini qoruyur | 1news.az | Xəbərlər
İqtisadiyyat

MBNP: Bank sektoru mənfəətliliyini qoruyur

11:18 - 02 / 06 / 2017
MBNP: Bank sektoru mənfəətliliyini qoruyur

2017-ci il mayın 1-nə bank sektorunun xalis mənfəəti 148,1 mln. manat təşkil edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata bildirilir.

Hesabatda qeyd edilir ki, bu ilin dörd ayında bankların faiz gəlirləri 675 mln. manat, faiz xərcləri isə 332,4 mln. manat olub.

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 243,7 mln. manat vəsait ayrılıb.

S.Xankişiyeva

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər