Sarkisyan baş nazirin mümkün istefasından danışıb | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan baş nazirin mümkün istefasından danışıb

15:43 - 06 / 06 / 2017
Sarkisyan baş nazirin mümkün istefasından danışıb

Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Karen Karapetyanla arasında olan gərginlik və onun mümkün istefasına dair səslənən fikirlərə münasibət bildirib.

1news.az “Aysor.am”a istinadla xəbər verir ki, Sarkisyan  baş nazirin istefası üçün heç bir səbəbin olmadığını deyib.

Əlavə edib ki, arada olan fikir ayrılıqları, qarşıdurma barədə yazılanlar şayiədir: “Biz hakimiyyət və partiya səviyyəsində bu cür iddiaları ortaya atanların müəlliflərinin kim olduğunu yaxşı anlayırıq. Lakin hesab edirəm ki, bu, vəziyyətə hər hansı təsir göstərə bilməz”.

Pərvanə Sultanova

 

Paylaş:
1028

Son xəbərlər

Bütün xəbərlər