UEFA-nın baş katibi Sian Qarnye komandasının Bakıda keçirilən MFL All Stars-a qarşı oyununu izləyib
Dünən Bakıda Sport Marketing Group-la birgə Azərbaycanın ən böyük həvəskar Mini Futbol Liqasının (MFL) təşkilatçılığı ilə möhtəşəm şou baş tutdu. Şou çərçivəsində Sian Qarnye və S3 komandası MFL All Stars yığmasına qarşı çıxış edirdi.
MFL All Stars iki yığma ilə - bu çempionatın hər bir konferensiyasında təmsil olunub.
Sian Qarnye və S3 komandasına qarşı hər biri 30 dəqiqə davam edən iki hissədə növbəti nəticələr qeydə alındı: A Konferensiyasının yığması 1:3 hesabı ilə, B Konferensiyasının yığması isə 3:3 oynayıb. Matç zamanı Sian zədə aldığı üçün əvəzlənib.
Dünənki MFL təbdirinin sürpriz məqamlarında biri də UEFA-nın baş katibi Teodor Teodoridisin Bakıya səfər edərək oyuna gəlməsi oldu.
UEFA-nın baş katibi tədbirə AFFA-nın baş katibi Elxan Məmmədovun dəvətilə gəlmişdi. E.Məmmədovun sözlərinə görə, AFFA hər zaman futbol və sağlam həyat təzinin təbliğilə bağlı bu cür təşəbbüsləri dəstəkləyib.
Öz növbəsində də cənab Teodoridis oyunu izləyib və MFL-ə uğurlar diləyib.
Liqanın direktoru Rəhman Hacıyev də UEFA-nın baş katibinə MFL-in rəsmi Facebook səhifəsində birbaşa yayımlanan oyunu təqdim edib.
Qeyd edək ki, tədbir AFFA-nın dəstəyilə baş tutub.
Oyuna çoxlu sayda azarkeşlər gəlmişdi. Oyun başa çatdıqdan sonra Qarnye avtoqraf verərək şəkil çəkdirib.
Tədbirin sponsoru olaraq McDonald’s, Muganbank, Universal və Baku City Hospital çıxış edirdi. Sport Marketing Group - təşkilati dəstək idi. Red Bull, 1news.az, Sportbox.az, Baku Olympic Stadium, Sportster - tərəfdaşlardı.
Tədbirlə bağlı daha ətraflı foto və video-reportajı saytımızda yaxın günlərdə dərc ediləcək.
MFL-i onlayn izləyin:
Foto: Məcid Əliyev
Tərcümə: S.Xankişiyeva