Millinin yeni forması – FOTO
Futbol üzrə milli komandanın yeni formasının fotosu yayılıb.
1news.az-ın məlumatına görə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana “Nike” şirkətinin istehsalı olan formada çıxacaq.
Qeyd edək ki, bir neçə ildir ki, “Umbro” şirkəti ilə əməkdaşlıq edən AFFA Azərbaycan milli komandası üçün Avro-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə etmişdi.
Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb.
“Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə “Nike” arasında razılıq əldə olunub.
Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana “Nike” istehsalı formada çıxacaq.
Babək Cahandarov