Həmsədrlər Ermənistanda görüşlərə başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Ermənistanda görüşlərə başlayıb

14:22 - 10 / 06 / 2017
Həmsədrlər Ermənistanda görüşlərə başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya) və  Stefan Viskontini(Fransa) Ermənistanda səfərdədir.

1news.az "aysor.am"a istinadla xəbər verir ki,  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də səfərdə iştitrak edir.   

Həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər. 

Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcəklər.

 Vasitəçilər daha sonra Azərbaycanın işğal altında olan ərazilərə səfər edəcəklər.

İyunun 19-da isə Bakıya gələcəklər.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Bütün xəbərlər