Niger də səfirini Qətərdən geri çağırdı | 1news.az | Xəbərlər
Dünya

Niger də səfirini Qətərdən geri çağırdı

17:39 - 10 / 06 / 2017
Niger də səfirini Qətərdən geri çağırdı

Niger hökuməti səfirini Qətərdən geri çağırdığını bəyan edib.

1news.az-ın RİA Novosti-yə istinadla məlumatına görə, ölkə Niger qərarı Qətərlə diplomatik münasibətləri dayandırmış ərəb dövlətləri ilə həmrəylik nümayiş etdirmək üçün qəbul edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər