Şirvanda nişanlı qızların evdən qaçma səbəbi - YENİLƏNİB
Şirvanda itkin düşən Zahidova Aytac və Quliyeva Əfsanənin evdən qaçma səbəbləri məlum olub.
1news.az xezerxeber.az-a istinadən xəbər verir ki, Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib.
Aytac da nişanı qaytarmaq istəyib. Lakin ailəsi buna etiraz edib. Aytac da nişanını qaytarmayacağı halda evdən qaçacağını bildirib.
17:45
Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.
1news.az Apa-ya istinadla xəbər verir ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.
Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.
Hazırda onların axtarışları davam etdirilir.
1news.az