Rövnəq Abdullayev İstanbulda keçiriləcək Dünya Neft Konqresində iştirak edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev İstanbulda keçiriləcək Dünya Neft Konqresində iştirak edəcək

11:15 - 13 / 06 / 2017
Rövnəq Abdullayev İstanbulda keçiriləcək Dünya Neft Konqresində iştirak edəcək

SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 9-13-də İstanbulda keçiriləcək XXII Dünya Neft Konqresində (XXII World Petroleum Congress - WPC) iştirak edəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, SOCAR-ın prezidentinin konqresdə iştirakı təsdiqlənib. R.Abdullayevin konqresdə çıxışı da planlaşdırılır.

Konqresdə həmçinin Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın, Rusiyanın energetika naziri Aleksandr Novakın, ABŞ-ın dövlət katibi Reks Tillersonun, OPEC-in baş katibi Məhəmməd Barkindonun, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun, BP-nin baş icraçı direktoru Robert Dadlinin, “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasserin, “Total”ın baş icraçı direktoru Patrik Puyannenin, “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Beurdenin, TPAO-nun baş direktoru Besim Şişmanın və başqalarının iştirakı nəzərdə tutulur.

S.Xankişiyeva

Paylaş:
1036

Son xəbərlər

Bütün xəbərlər