Londonda yanğın: xəsarət alanların sayı 50-yə çatıb, həlak olanlar var | 1news.az | Xəbərlər
Dünya

Londonda yanğın: xəsarət alanların sayı 50-yə çatıb, həlak olanlar var

11:52 - 14 / 06 / 2017
Londonda yanğın: xəsarət alanların sayı 50-yə çatıb, həlak olanlar var

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.

Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib.

Yanğının səbəbləri də hələ ki, məlum deyil.

09.35

Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında ən azı 30 nəfər zərər çəkib.

1news.az AP agentliyinə istinadla xəbər verir ki, onlar tüstüdən zəhərləniblər. Şəhər təcili yardım xidmətindən verilən məlumata görə, zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdirilib.

Güclü yanğın Londonda Grenfell Tower-də yaşayış binasında baş verib. Hadisə yerinə 40 yanğınsöndürən maşın, xidmətin 200 əməkdaşı və tibbi yardım əməkdaşları cəlb olunub.

Pərvanə Sultanova

Paylaş:
886

Son xəbərlər

Bütün xəbərlər