Bakıda iki nəfərdən külli miqdarda narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfərdən külli miqdarda narkotik götürülüb

17:52 - 17 / 06 / 2017
Bakıda iki nəfərdən külli miqdarda narkotik götürülüb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.   

Sürücünün davranışlarından şübhələnən yol polisləri K. Əmirxanovu idarə etdiyi avtomobillə birlikdə idarəyə gətiriblər. Avtomobilə baxış zamanı avtomobilin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtomobilində gizlətdiyini etiraf edib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman  720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, H. Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

 

 

Paylaş:
631

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər