Bu gün 76 mindən artıq şagird üçün buraxılış imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 76 mindən artıq şagird üçün buraxılış imtahanı keçirilib

18:42 - 17 / 06 / 2017
Bu gün 76 mindən artıq şagird üçün buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonları və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-dən  1news.az-a verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb. İmtahanın müddəti 2 saat 45 dəqiqə olub. 

 İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

 İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

 DİM Direktorlar Şurası tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanları ilə əlaqədar görülən işlərə ictimai nəzarətin təşkili, eləcə də şəffaflığının təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura üzvləri də imtahan materiallarının yola salınmasını, buraxılış rejiminin təşkilini, imtahanın gedişini və s. prosesləri izləyib.

İyunun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

1news.az

 

Paylaş:
816

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər