AZAL-ın təyyarəsi Pekin hava limanına uğurlu eniş edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL-ın təyyarəsi Pekin hava limanına uğurlu eniş edib

09:05 - 20 / 06 / 2017
AZAL-ın təyyarəsi Pekin hava limanına uğurlu eniş edib

Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na  (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

S.Xankişiyeva

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər