SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

Bu gün saat 13.50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.
SOCAR-dan 1news.az-a verilən məlumata görə, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
1news.az
717