Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

13:10 - 29 / 06 / 2017
Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
628

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər