Masallıda “Mercedes”lə “VAZ” toqquşub: ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda “Mercedes”lə “VAZ” toqquşub: ölənlər var

10:58 - 29 / 06 / 2017
Masallıda “Mercedes”lə “VAZ” toqquşub: ölənlər var

Masallı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin - 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

Paylaş:
815

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər