Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır – FOTO

12:30 - 29 / 06 / 2017
Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır.

1news.az-a Fonddan verilən xəbərə görə, Bakı Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması üzrə fəaliyyəti ilə seçilən Leyla Əliyevaya şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər ünvanlayıb.

Leyla Əliyeva iyunun 28-də Bakı Zooloji Parkını bir daha ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək işlərlə tanış olub.

Həyata keçiriləcək təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub.

Yenidənqurma işləri nəticəsində zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının rahat və zövqoxşayan ziyarətlərini təşkil etmək məqsədilə zooparkda daha təbii mühit yaradılacaq, müasir dizayn olunacaqdır.

Zoopark fiziki qüsurlu şəxslərin, həmçinin bütün yaş qruplarından olan ziyarətçilərin rahatlıqla istirahət edəcəyi və maariflənəcəyi məkan olacaq.

Zooparkın əməkdaşları üçün beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Heyvanlar EAZA (Avropa Zoopark və Akvariumlar Assosiasiyası) standartlarına uyğun şəraitdə saxlanılacaqlar. Heyvanların saxlandığı qəfəslər (volyerlər) hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər heyvanların təbii davranışlarını izləyə biləcək, maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı məlumat əldə edəcəklər.

Zoopark cəmiyyətin bütün hədəf qrupları üçün heyvanlar və təbii ekosistem, xüsusən Azərbaycanın nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevriləcək. Zooparkın fəaliyyətində uşaqların və gənclərin təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn proqramların həyata keçirilməsinə xüsusi önəm veriləcəkdir.

Zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə (pet farm) və kəpənəklər evi də fəaliyyət göstərəcək. Yaralı və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin də tikilməsi nəzərdə tutulur.

Eyni zamanda, Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi məqsədilə yeni internet səhifəsi yaradılacaq.

80 ildən artıq Bakı sakinləri və şəhərin qonaqlarının xidmətində olan Bakı Zooloji Parkı hər kəsi yenidənqurma işlərindən sonra zooparkın fəaliyyətini sosial şəbəkələr, veb səhifəsi və mətbuatda izləməklə dəstək olmağa, onun insan, təbiət və heyvanların bir araya gələcəyi bir məkana çevrilməsinin şahidi olmağa dəvət edir.

S.Xankişiyeva

Paylaş:
803

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər