Vüqar Səfərli: “Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Səfərli: “Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb”

11:55 - 30 / 06 / 2017
Vüqar Səfərli: “Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalistlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb”

“Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. Biz o dövrdə redaksiyalardan mühasibatlıq sənədlərini tələb edirdik. Redaksiyaların 90 faizində mühasibatlıq sənədləri yox idi”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfransda Fondun rəhbəri Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları “paket” halında verilib: “Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra halda jurnalistlərin əmək haqlarını aşağı göstərir. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistem artıq tətbiq olunur, əmək müqavilələri ilə bağlı məlumat avtomatik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlər bunu bilməlidirlər”.

V. Səfərli qeyd edib ki, yeni binada mənzil almaq üçün namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib: “2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir”.

Babək Cahandarov

Paylaş:
691

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər