Mübariz Qurbanlı: “Bəzi qüvvələr Hacı Cavad məscidi məsələsini başqa məcraya yönəltmək istəyirlər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı: “Bəzi qüvvələr Hacı Cavad məscidi məsələsini başqa məcraya yönəltmək istəyirlər”

13:24 - 01 / 07 / 2017
Mübariz Qurbanlı: “Bəzi qüvvələr Hacı Cavad məscidi məsələsini başqa məcraya yönəltmək istəyirlər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacı Cavad məscidinin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

1news.az Apa-ya istinadla xəbər verir ki, M. Qurbanlı  bildirib ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sadəcə olaraq, yeri dəyişdirilir. O deyib ki, Hacı Cavad məscidi hazırda yeni ünvanda – Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir:

“Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Məscidin yeni ünvana köçürülməsi ilə əlaqədar Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi, digər müvafiq qurumlar məsciddə ibadət edən mömin insanlarla görüş keçiriblər, geniş söhbətlər aparılıb, izahat verilib və bundan sonra ümumi razılıqla məscidin yeni ünvana köçürülməsi işlərinə başlanıb.

Baş nazirin müavini Yaqub Eyyubovla birgə yeni ünvanda əhali ilə bir də görüş keçirilib, layihə təqdim olunub və hazırda da tikinti gedir. Heç bir problem, narazılıq yoxdur. Sadəcə, bəzi qüvvələr var ki, məsələni başqa məcraya yönəltmək istəyirlər. Bu cür qaragüruha demək istəyirik ki, dinimiz cənab prezident İlham Əliyevin himayəsi altında qorunur. Bu gün Azərbaycanda 2246 məscid var. Hacı Cavad məscidinin yeni ünvanda tikilməsi də məhz cənab prezidentin himayəsi və göstərişi ilə davam etdirilir. Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər. İnanmıram ki, cəmiyyət bu cür adamlara normal münasibət bəsləsin”.

 Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.

1news.az

Paylaş:
639

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər