Şirvan Milli Parkının ərazisində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan Milli Parkının ərazisində yanğın olub

18:28 - 01 / 07 / 2017
Şirvan Milli Parkının ərazisində yanğın olub

Bu gün saat 14:45 radələrində Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) 1news.az-a verilən məlumata görə, yanğın "Salyanoyl" şirkətinin istifadəsində olan ərazidən 2 yük maşını keçdikdən sonra qeydə alındığından əraziyə alovun məhz nəqliyyat vasitələrindən düşdüyü ehtimal olunur.

Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə
Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və 15-30 radələrində tam söndürülüb. Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şirvan Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

Hazırda dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

1news.az

 

Paylaş:
695

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər