Qaçqın düşərgəsində partlayış, ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Qaçqın düşərgəsində partlayış, ölənlər var

20:55 - 02 / 07 / 2017
Qaçqın düşərgəsində partlayış, ölənlər var

İraqın Ramadi şəhərində qaçqın düşərgəsində partlayış baş verib.

1news.az-ın  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib.

“Əl-Ərəbiyə” telekanalı partlayış nəticəsində 14 nəfərin öldüyü barədə məlumat yayıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Anbar vilayətində yerləşən Ramadi şəhəri 2015-ci ildə İŞİD terror qruplaşmasının silahlılarından azad edilib. 

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər