Bavariyada avtobus yanıb: 17 sərnişin itkin düşüb
İyunun 3-də Bavariyada qəzaya uğrayan avtobusun itkin düşən 17 sərnişininin taleyi məlum deyil və çox güman ki, onların əksəriyyəti həlak olub.
1news.az-ın TASS-ya istinadla verdiyi xəbərə görə, bu barədə yerli polisin nümayəndəsi bildirib.
“Biz yalnız ümid edə bilərik ki, onlardan kimsə yanan avtobusu tərk edib və şok vəziyyətində hadisə yerindən uzaqlaşıb. Lakin real vəziyyətdən çıxış edərək çox sayda insanın ölüm faktının qeydə alınacağını düşünürük”, - deyə o bildirib.
İlkin məlumata görə, avtobusda 46 nəfər sərnişin və iki sürücü olub. Xilasedicilərin məlumatına əsasən, yanan avtobusu 31 nəfər tərk edə bilib. Onların arasında ağır xəsarət alanlar var.
Avtobusun sərnişinlərinin yerli turistlərdən ibarət olduğu bildirilir.
S.Xankişiyeva