Yaponiyada daşqın təhlükəsi: üç mindən çox sakin təxliyə xəbərdarlığı alıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada daşqın təhlükəsi: üç mindən çox sakin təxliyə xəbərdarlığı alıb

15:33 - 03 / 07 / 2017
Yaponiyada daşqın təhlükəsi: üç mindən çox sakin təxliyə xəbərdarlığı alıb

Yaponiyanın Niiqata prefekturasının Zyoetsu şəhərinin üç mindən çox sakini Kakizakiqava çayının daşmaq təhlükəsi ilə əlaqədar təxliyə xəbərdarlığı alıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, güclü yağışlar nəticəsində yarana biləcək daşqın zonasına 3308 nəfərin yaşadığı 1159 ev düşə bilər. Həmin sakinlər təxliyə məntəqəsinə yerləşməlidirlər.

NHK telekanalının məlumatında isə, iyulun 4-də Niiqata prefekturasında leysan yağışlar yağacağı, yağıntının 100 millimetrdən 200 millimetrədək düşəcəyi bildirilir. Yapon meteoroloqlar vəziyyət ağırlaşanadək lazımi tədbirlərin görülməsini tövsiyə edirlər.

Babək Cahandarov

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər