“Azərsu” susuzluqdan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərsu” susuzluqdan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb – FOTO

17:01 - 03 / 07 / 2017
“Azərsu” susuzluqdan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb – FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama uyğun olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.

Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilmiş və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcəkdir. 7 kəndi su ilə təmin etmək üçün 36 kilometr uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 kilometrlik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaqdır. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.

Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 267 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.

Babək Cahandarov

Paylaş:
761

Son xəbərlər

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb15 / 06 / 2024, 18:04Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib15 / 06 / 2024, 17:41Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir15 / 06 / 2024, 17:22Monteneqro futbol millisinin qapıçısı 26 yaşında ölüb15 / 06 / 2024, 17:01İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb15 / 06 / 2024, 16:39Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib15 / 06 / 2024, 16:16Kənan Quluzadə: “COP29 çərçivəsində turistlər üçün 15 fərqli istiqamət təqdim olunacaq”15 / 06 / 2024, 16:02Bu il iyunun 15-nə qədər “Şahdağ”dakı hotellərdə qalan turistlərin sayı açıqlandı15 / 06 / 2024, 15:55Kənan Quluzadə: 2024-cü ilin ilk 5 ayında ölkəyə gələn turistlərin sayında 35 faiz artım olub15 / 06 / 2024, 15:33Hakan Fidandan Azərbaycanla bağlı paylaşım edib15 / 06 / 2024, 15:27Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 30% artıb15 / 06 / 2024, 14:55Lənkəranda avtomobil su kanalına aşıb, 3 nəfər xəsarət alıb15 / 06 / 2024, 14:33Azad olunmuş ərazilərdə növbəti dəfə silah-sursat aşkar olunub15 / 06 / 2024, 14:16Tanınmış türk ilahiyyatçı vəfat edib15 / 06 / 2024, 13:59Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB15 / 06 / 2024, 13:45Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb15 / 06 / 2024, 13:32Kamaləddin Qafarov: “Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”15 / 06 / 2024, 13:01Sabahın hava proqnozu15 / 06 / 2024, 12:41Azərbaycan neftinin qiyməti 84 dolları keçib15 / 06 / 2024, 12:27Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir15 / 06 / 2024, 12:16
Bütün xəbərlər