Bavariya polisi avtobus qəzasında 18 nəfərin öldüyünü təsdiqləyib | 1news.az | Xəbərlər
Dünya

Bavariya polisi avtobus qəzasında 18 nəfərin öldüyünü təsdiqləyib

21:34 - 03 / 07 / 2017
Bavariya polisi avtobus qəzasında 18 nəfərin öldüyünü təsdiqləyib

İyunun 3-də Bavariyada avtobusun qəzaya uğrayaraq yanması nəticəsində 18 nəfər həlak olub. Hadisənin baş verdiyi ilk saatlarda onlar itkin düşmüş sayılırdı.

1news.az-ın TASS-ya istinadla verdiyi xəbərə görə, bu barədə Bavariya polisi məlumat yayıb. Hadisə nəticəsində, həmçinin 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qalır.

İnsidentlə bağlı təhqiqat davam edir.

Bavariyada avtobus yanıb: 17 sərnişin itkin düşüb

S.Xankişiyeva

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər