Tramp Qətər böhranını müzakirə edib | 1news.az | Xəbərlər
Dünya

Tramp Qətər böhranını müzakirə edib

09:39 - 03 / 07 / 2017
Tramp Qətər böhranını müzakirə edib

ABŞ prezidenti Donald Tramp Doha  böhranı ilə bağlı Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə telefon danışığı aparıb. 

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Tramp yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

Ağ Ev rəhbəri bir daha terrorçuların maliyyələşdirilməsinin dayandırılmasının vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, Ər-Riyad sammitində qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməlidir. Onun sözlərinə görə, terrorizm məhv edilməli, regional sabitliyə nail olunmalıdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir iyunun 5-də Doha ilə diplomatik münasibətləri kəsilib. Daha sonra bir sıra digər dövlətlər də bu qərarı dəstəkləyib. 

Pərvanə Sultanova

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər