Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq

13:22 - 04 / 07 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  iyulun 5-i günün ikinci yarısından iyulun 8-i səhərədək arabir güclənən şimal-qərb küləyinin  əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən  4-6 dərəcə aşağı enəcəyi  gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyulun 5-i gündüzdən 8-i səhərədək şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

İyulun 7-8-də  havanın temperaturu  ötən günlərlə müqayisədə  4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı  ehtimal olunur.

Babək Cahandarov

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər