Nazir Şəkidə vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Şəkidə vətəndaşlarla görüşəcək

11:32 - 04 / 07 / 2017
Nazir Şəkidə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 12:30-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

1news.az-ın məlumatına görə, görüşdə əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər qaldırılacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün onların aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:

Şəki rayonunda                   024 2448790

Oğuz rayonunda                  024 2152999

Qəbələ  rayonunda              024 2052599

Qax rayonunda                    024 2552980

Zaqatala  rayonunda           024 2252999

Balakən rayonunda             024 2951700

Babək Cahandarov

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər