Şimal və qərb rayonlarında yağış yağacaq, dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimal və qərb rayonlarında yağış yağacaq, dolu düşəcək

14:30 - 05 / 07 / 2017
Şimal və qərb rayonlarında yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 30-34, Bakıda gecə  22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 55-65 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin  axşam  və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 33-37, dağlarda gecə 17-22, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

 

Paylaş:
928

Son xəbərlər

Bütün xəbərlər